Partlayışda ölənlərin sayı 150-yə çatdı

partlayisda-olenlerin-sayi-150-ye-catdi
Oxunma sayı: 1286

Üç gün öncə Pakistanda mitinq zamanı baş verən partlayışda ölənlərin sayı artmaqda davam edir.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Bəlucistan əyalətində qeydə alınan insidentdə itki artıq 150-yə çatıb.

Bildirilir ki, partlayış nəticəsində yaralı sayı da artaraq 186 nəfər olub.

Qeyd edək ki, terrorçu-kamikadzenin törətdiyi partlayışa görə məsuliyyəti “İŞİD” öz üzərinə götürüb.

Aysel Kərimova