Meksikanın İdalqo ştatında boru kəmərində baş vermiş partlayışda ölənlərin sayı 66-ya yüksəlib.
“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, yaralılar isə 76 nəfərdir.
Onların əksəriyyətinin vəziyyəti ağırdır. Yaralılardan 7-si 18 yaşdan aşağı, biri 12 yaşlı yeniyetmədir.