“PAŞA Həyat Sığorta” jurnalistlər arasında müsabiqə elan edir

pasa-heyat-sigorta-jurnalistler-arasinda-musabiqe-elan-edir
Oxunma sayı: 634

Şirkətin Marketinq və ictimaiyyətlə əlaqələr şöbəsindən “Qafqazinfo”ya verilən məlumata görə, müsabiqədə yalnız qəzet, jurnal və informasiya agentliklərinin nümayəndələri iştirak edə bilər. Mövzu ilə bağlı hazırlanan məqalə 8-9 min işarədən (A4 formatında,timesnew roman şriftində, təxminən 3 səhifə) çox olmamalıdır.
Yazı müsabiqəsinə bu ilin dekabr ayının 10-dan start veriləcək. Yanvar ayının 14-ü isə məqalələrin son qəbul günü olacaq. Müsabiqədə iştirak edən müəlliflərin yazıları istənilən mətbuat orqanında dərc olunduqdan sonra (dərc olunan yazının linki və ya qəzetdə çap olunmuş yazının skan variantı göndərilməklə) qəbul ediləcək. Məqalələri [email protected] elektron ünvanına göndərməyiniz xahiş olunur.
Müsabiqənin nəticələri isə 2013-cü ilin fevral ayının 14-də açıqlanacaq.
Müsabiqədə birinci yerin qalibinə 300 manat, ikinci yerə 200 manat üçüncü yer üçün isə 100 manat məbləğində pul mükafatı və “PAŞA Həyat Sığorta” şirkətinin hədiyyələri təqdim ediləcək.
Nigar Məmmədli