Paşinyan Baxtadze ilə görüşüb

pasinyan-baxtadze-ile-gorusub
Oxunma sayı: 1907

Ermənistan baş naziri Nikol Paşinyan gürcü həmkarı Mamuko Baxtadze ilə qeyri-rəsmi görüş keçirib.

“Qafqazinfo” erməni KİV-nə istinadən xəbər verir ki, dövlət rəsmiləri Yenokovan kəndində bir araya gəliblər. Hökumət başçıları gürcü-erməni münasibətləri barədə danışıb, müxtəlif məsələləri müzakirə ediblər.

Paşinyan və Baxtadze vurğulayıb ki, tez-tez bir araya gəlmək, qeyri-rəsmi görüşlər təşkil etmək vacibdir.