Paşinyan Əliyevlə görüşündən danışdı

pasinyan-eliyevle-gorusunden-danisdi
Oxunma sayı: 1826

Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Baş Naziri Nikol Paşinyan arasında qısa görüş baş tutub.

“Qafqazinfo”nun “TASS” agentliyinə istinadən verdiyi xəbərə görə, görüş Brüsseldə “Şərq Tərəfdaşlığı” proqramının 10 illiyinə həsr olunmuş tədbir çərçivəsində təşkil olunmuş şam yeməyi zamanı gerçəkləşib.

Görüşdən sonra Paşinyan jurnalistlərə açıqlamasında yeni görüşlə bağlı konkret planın olmadığını bildirib: 

“Bizim cənab Əliyevlə qısa danışığımız oldu. Dağlıq Qarabağdakı mövcud vəziyyətlə bağlı ümumi söhbət etdik. Əminəm ki, danışıqlar prosesi davam edəcək”.