Paşinyan erməni xalqını ümummilli tətilə çağırdı

pasinyan-ermeni-xalqini-umummilli-tetile-cagirdi
Oxunma sayı: 2993

Ermənistandakı etiraz aksiyalarının lideri, baş nazir postuna namizədliyi parlament tərəfindən təsdiqlənməyən Nikol Paşinyan dövlət qulluqçularını ümumi tətilə, öz tərəfdarlarını isə kütləvi vətəndaş itaətsizliyinə çağırıb. 

“Qafqazinfo”nun “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, deputat xalqı əsas küçə və yolları, aerporta gedən yolu bağlamağa çağırıb.

Qeyd edək ki, Ermənistan parlamenti bu gün keçirdiyi iclasda N. Paşinyanı baş nazir seçməyib. Onun lehinə 45, əleyhinə isə 56 deputat səs verib.