Paşinyan həmsədrlərlə Düşənbə görüşündən danışdı

pasinyan-hemsedrlerle-dusenbe-gorusunden-danisdi
Oxunma sayı: 1337

Ermənistanda baş nazir səlahiyyətlərini müvəqqəti olaraq icra edən Nikol Paşinyan ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov, Endryu Şofer, Stefan Viskonti və Anjey Kasprişiklə görüşüb.

“Qafqazinfo” Ermənistan KİV-nə istinadən xəbər verir ki, işğalçı dövlətin baş naziri həmsədrlərlə Dağlıq Qarabağ münaqişəsindən danışıb. Həmsöhbətlər prezident İlham Əliyevlə Paşinyanın Düşənbə görüşü barədə də fikir mübadiləsi aparıblar.

Düşmən dövlətin baş naziri İlham Əliyevlə əldə olunmuş razılaşmanın reallaşdırılmasının effektiv həyata keçirilməsinin vacibliyini qeyd edib.