Paşinyan həmsədrlərlə görüşdü

pasinyan-hemsedrlerle-gorusdu
Oxunma sayı: 748

Ermənistanın baş naziri Nikol Paşinyan ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov, Endryu Şefer, Stefan Viskonti və şəxsi nümayəndə Anjey Kaspşiki qəbul edib.

“Qafqazinfo” Ermənistan KİV-nə istinadən xəbər verir ki, həmsədrlərin Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasındakı rolunu yüksək dəyərləndirən Paşinyan bu ilin yanvarında prezident İlham Əliyevlə Davosdakı qeyri-rəsmi görüşünün detallarından da danışıb. 

Həmsədrlər münaqişənin tənzimlənməsi üçün uyğun atmosferin yaradılması barədə fikir mübadiləsi aparıb, növbəti addımları müzakirə ediblər. Onlar münaqişə zonasında atəşkəs rejiminin qorunması üzrə razılığın reallaşdırılmasının əhəmiyyətini vurğulayıblar. 

Qeyd edək ki, həmsədrlər Yerevan səfərindən sonra Bakıya gələcəklər.