Paşinyan İlham Əliyevlə görüşmək üçün Vyanaya yollanır

pasinyan-ilham-eliyevle-gorusmek-ucun-vyanaya-yollanir
Oxunma sayı: 1768

Ermənistan baş naziri Nikol Paşinyanın rəhbərliyi altındakı nümayəndə heyəti 28-29 mart tarixlərində Avstriyada rəsmi səfərdə olacaq. 

“Qafqazinfo” “news.am” saytına istinadən xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.

Nazirlər Kabineti rəhbərinin səlahiyyətlərini bu müddətdə vitse-baş nazir Tiqran Avinyan icra edəcək.

Qeyd edək ki, martın 29-da Vyanada Azərbaycan prezidenti İlham Əliyevlə N. Paşinyanın görüşü gözlənilir.

Vyanadakı diplomatik mənbə bildirib ki, İlham Əliyevlə Ermənistan baş naziri arasında görüş ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə keçəcək.