Paşinyan ilk islahatını açıqladı

pasinyan-ilk-islahatini-aciqladi
Oxunma sayı: 3594

Ermənistanın müvəqqəti baş naziri Nikol Paşinyan növbədənkənar parlament seçkilərində qələbəsindən sonra görəcəyi ilk işi açıqlayıb.

“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, o, xırda biznesi vergilərdən azad edəcəyini bildirib:

“Biz xırda biznesi vergilərdən azad etməyi planlaşdırırıq. Bunu ona görə edirik ki, insanlara öz işlərini qurmağa və tələbatlarını ödəməyə şərait yaransın”. 

Paşinyan əlavə edib ki, ölkə iqtisadiyyatına investisiyalar cəlb etmək üçün vergi kodeksində də dəyişiklik edəcək.