Paşinyan istədi, Sarkisyan istefaya göndərdi

pasinyan-istedi-sarkisyan-istefaya-gonderdi
Oxunma sayı: 3628

 Ermənistan prezidenti Armen Sarkisyan Milli Təhlükəsizlik Xidmətinin rəhbəri ilə polis rəisinin vəzifələrindən azad olunmaları ilə bağlı sərəncam imzalayıb.

“Qafqazinfo” Ermənistan KİV-nə istinadən xəbər verir ki, MTX sədri Georgi Kutoyanla, polis rəisi Vladimir Qasparyan bundan sonra  çalışdıqları postda olmayacaqlar. 

Xatırladaq ki, baş nazir Nikol Paşinyan bu gün “Facebook” səhifəsində Kutoyanla Qasparyanın istefaya getməsi ilə bağlı prezidentə müraciət ünvanlamışdı.