Paşinyan blokadanı dayandırmağa çağırdı

pasinyan-blokadani-dayandirmaga-cagirdi
Oxunma sayı: 3287

Ermənistanda etiraz aksiyaları 13-cü gündür ki davam edir.

“Qafqazinfo” xəbər verir ki, müxalifətçi deputat, etiraz aksiyalarının təşkilatçısı Nikol Paşinyan tərəfdarlarını Yerevan küçələrini bağlamağı müvəqqəti olaraq dayandırmğa çağırıb. Müxalifətçinin sözlərinə görə, paytaxtın əsas avtomobil yollarının bağlanması ilə əlaqədar müxtəlif xoşagəlməz insidentlər yaşanıb. 

Hazırda etirazçılar Baqramyan prospektinə - parlament binasının yerləşdiyi istiqamətə doğru irəliləyirlər.