Paşinyan Nyu-Yorkda Dağlıq Qarabağdan danışdı

pasinyan-nyu-yorkda-dagliq-qarabagdan-danisdi
Oxunma sayı: 2802

Ermənistanın baş naziri Nikol Paşinyan BMT-nin Baş Assambleyasının Nyu-Yorkda keçirilən iclasında Dağlıq Qarabağ münaqişəsindən danışıb.

“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, işğalçı dövlətin rəhbəri münaqişənin sülh yolu ilə həllini istədiklərini deyib: “Dağlıq Qarabağ münaqişəsi qarşılıqlı razılaşma və sülh şəraitində həll olunmalıdır. Bu, bizim xarici siyasətimizdə birinci yerdə duran məsələdir”. 

Qeyd edək ki, bu gün Nyu-Yorkda Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri görüşəcəklər. Onlar Dağlıq Qarabağ münaqişəsinin həlli yollarını müzakirə edəcəklər.