Paşinyan Qarabağ separatçılarına milyonlar ayıracaq

pasinyan-qarabag-separatcilarina-milyonlar-ayiracaq
Oxunma sayı: 1880

Ermənistan Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsindəki separatçı rejimə 6 milyon dollardan çox yardım ayıracaq.

“Qafqazinfo” Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə Baş Nazir Nikol Paşinyan “Facebook” səhifəsində yazıb. O bildirib ki, ayrılan məbləğ təqaüdə göndərilən hərbçilərin mənzil problemlərinin həllinə yönəldiləcək.

Paşinyan vurğulayıb ki, 2023-cü ilə qədər separatçı ordunun əsgərlərinin mənzil problemini də həll etmək niyyətindədir.