Paşinyan Təhlükəsizlik Şurasının ilk iclasını keçirdi

pasinyan-tehlukesizlik-surasinin-ilk-iclasini-kecirdi
Oxunma sayı: 1124

İşğalçı Ermənistanın baş naziri Nikol Paşinyanın sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib.

“Qafqazinfo” “News.am” saytına istinadən xəbər verir ki, bu, yeni hökumətin formalaşmasından sonra ilk iclas olub.

Görüşdə Silahlı Qüvvələrin inkişafı planı, silah və hərbi texnikanın inkişafı üzrə dövlət proqramı, Silahlı Qüvvələrin döyüş əmsalının səmərəliliyinin artırılması ilə bağlı məsələlər müzakirə olunub.