Paşinyan yeganə namizəd oldu

pasinyan-yegane-namized-oldu
Oxunma sayı: 2441

Ermənistanın müvəqqəti baş naziri Nikol Paşinyan Nazirlər Kabinetinin rəhbəri vəzifəsinə yeganə namizəd olub.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentinin ictimaiyyətlə əlaqələr və informasiya şöbəsinin rəhbəri Knyaz Saroyan bildirib.

“Namizədlik irəli sürmə müddəti başa çatıb. Baş nazir postuna iddialı Paşinyandan başqası yoxdur”, - deyə o, vurğulayıb.

Qeyd edək ki, parlament oktyabrın 24-də Paşinyanın hökumət rəhbərliyinə namizədliyini rədd edib.

Paşinyan oktyabrın 16-da postundan istefa verib.