Paşinyanın arvadı qohumlarını yüksək vəzifələrə gətirib?

pasinyanin-arvadi-qohumlarini-yuksek-vezifelere-getirib
Oxunma sayı: 2234

Ermənistan baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan mətbuat konfransı keçirərək onu tənqid edənlərə cavab verib.

“Qafqazinfo” erməni KİV-nə istinadən xəbər verir ki, o, tənqidlərə ciddi yanaşdığını, şayiələri isə qulaq ardına vurduğunu deyib.

“Əhəmiyyət daşıyan istənilən tənqidə ciddi yanaşıram. Reallığı olmayan, hətta mənfi xəbərlərə isə reaksiya belə vermirəm”, - deyə Akopyan vurğulayıb.

Anna Akopyan dövlət qurumlarında qohumlarına yüksək vəzifə verildiyi ilə bağlı mətbuatda yayılmış informasiyaları təkzib edib.