Paşinyanın baş nazir postuna namizədliyi irəli sürüldü - 2-ci cəhd

pasinyanin-bas-nazir-postuna-namizedliyi-ireli-suruldu
Oxunma sayı: 2540

Ermənistanda "Elk" fraksiyası lideri Nikol Paşinyanın yenidən baş nazir postuna namizədliyi rəsmən irəli sürülüb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə ölkə parlamentinin mətbuat xidməti məlumat yayıb. 

Xatırladaq ki, mayın 1-də parlament xüsusi iclasında müxalifət liderini baş nazir postuna seçməmişdi. Yeni baş nazirin seçilməsi üçün təkrar səsvermə mayın 8-də keçiriləcək.