Paşinyanın əsgər oğlunun gəzintisi etiraza səbəb oldu - Video

pasinyanin-esger-oglunun-gezintisi-etiraza-sebeb-oldu
Oxunma sayı: 5169

Ermənistan Baş Naziri Nikol Paşinyanın Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində xidmət keçdiyi deyilən oğlu Aşotun Yerevan küçələrində mühafizəçisinin müşayiəti altında bacısı ilə gəzərkən çəkilmiş görüntüləri yayılıb.

“Qafqazinfo”nun “Sputnik Ermənistan”a istinadən verdiyi xəbərə görə, bu görüntülərdən sonra sosial şəbəkələrdə Paşinyanın oğlunu əsgərliyə göndərmədiyi, xalqı aldatdığına dair fikirlər səsləndirilib.

Erməni hökumətinin Mətbuat xidmətinin rəhbəri Vladimir Karapetyan açıqlama yayaraq həmin görüntülərin Aşot Paşinyan məzuniyyətdə olarkən çəkildiyini bildirib:

“Ermənistan Baş Nazirinin oğlu, “Dağlıq Qarabağ”ın ordusunda xidmət keçən Aşot Paşinyan məzuniyyətdədir. Bu hüquqdan Ermənistan Ordusunun intizam pozuntusu olmayan bütün əsgərləri istifadə edir. Müdafiə Ordusunda bir ildən çox xidmət edən 400-ə yaxın hərbçi hər həftə məzuniyyət götürür”.

Xatırladaq ki, Ermənistan hökuməti başçısının oğlu A. Paşinyanın 2018-ci ilin yayında qondarma Qarabağda hərbi xidmətə getdiyinə dair informasiya yayılsa da, bugünə qədər KİV-də onun Yerevanda olduğu yönündə məlumatlar səngimək bilmir.