“Paşinyanın sərsəmləməsini su kimi içib, hava kimi sinələrinə çəkdilər”

“Paşinyanın sərsəmləməsini su kimi içib, hava kimi sinələrinə çəkdilər”
Oxunma sayı: 3386

Bütün dövrlərdə vətənə xəyanətin ağır cəzası olub. Belə əməllərə görə qədim dövrlərdə  başın üzülməsi, bədən əzalarının xüsusi qurğular vasitəsilə qopardılması və s. kimi dəhşətli işgəncələrlə müşayət olunan cəzalar tətbiq olunurdu. Xalqını, dövlətini, mənsub olduğu cəmiyyətin maraqlarını satanları Şərqdə də diri-diri yandırırdılar, Qərbdə də… 

***

Dantenin “İlahi komediya”sını xatırlayırsız? Ən ağır cinayətlər üçün nəzərdə tutulan cəhənnəmin sonuncu – doqquzuncu dairəsində kimlərə rast gəlinir? Bəli, məhz xainlərə! Dahi Dante onları cəhənnəm hökmdarı Lütsifer tərəfindən didilən, parçalanan vəziyyətdə təsvir edir. Bu vəhşət dolu halqada bir nəfər də var ki, Lütsifer ona başqalarından daha çox əzab verir. Öz müəllimini, böyüyünü – liderini satmış İudanı deyirəm… Prototipi Azərbaycan siyasətində də “göz qamaşdırır”.

***

Müasir dövrümüzdə xainləri od vurub yandırmasalar da, cəzalar hər yerdə sərtdir. Məsələn, başqa ölkələrdə  “demokratiya mücahidi” adı altında informator yetişdirən Amerika Birləşmiş Ştatları vətənə xəyanət edənləri ən ağır formada cəzalandırır. Yaxşı halda ömürlük həbsə məhkum edirlər. Amma elektrik stulunda otuzdurduqlarının sırasında dövlətini satanlar da az olmur… Başqa ölkələrdə də belədir.  Özgə bayraqların altına sığınaraq öz dövlətinin mənafeyinə xələl yetirməyə cəhd edənlərlə ingilislər də amansız davranır, yaponlar da, ruslar da, o birilər də, bu birilər də. 

Amma…

Bizdə xainlərin səsi qulaq batırır! Ölkəsinin maraqlarını “aylıq məvacib” qaydası ilə satanlar ortalıqda at oynatmaq həvəsilə bir-birilə yarışa giriblər. Bizdə göz görə-görə dövlətə xəyanət edən, milli maraqları ayaqlarının altına alıb xarici ölkələrdən aldığı instruktaja uyğun davrananlar hər gün sosial şəbəkələrdən boy verir, hansı yola düşdüklərini ən müxtəlif formalarda nümayiş etdirirlər. Özü də “bizimkilər” dövlətə xəyanəti prestij sayır, özlərindən başqa heç kəsi bəyənmir, hansısa birinə irad tutulanda isə “demokratiya süngüsü” ilə silahlanmış dəstələr gücləndirilmiş rejimə keçid alır, gecələr yatmadan, gündüzlər dincələmədən əməllərinə haqq qazandırmağa çalışırlar. Onların düşüncəsində xain o adamlardır ki, dövlətə xidmət edir, onun maraqlarını qoruyur, düşmən ölkənin yaramaz və həyasız təmsilçiləri tərəfindən dilə gətirilən sərsəm fikirlərə söykənib, Azərbaycan Ordusunu, onun zabit və əsgərlərini aşağılamırlar. Taxtabaş yığını belə hesab edir ki, anası-dədəsi bilinməyən xarici təşkilatlardan pul alıb, onların sifarişini yerinə yetirmək şərəfli işdir, öz dövlətindən, onun fondlarından layihə keçirib vəsait almaq isə şərəfsizlik… 

Beyinlərini belə kodlaşdırıblar.

Əl meymunu olduqlarını qəbul etmək istəmirlər.

Düşüncələri, “Vətəni satmaq imandandır” adlı dəhşətli bir virusun təsiri altındadır…

***

Qrant hərisinə çevrilən, dövlətinə düşmən kəsiləcək qədər cızığından çıxmış zümrəni düz yola qaytarmaq mümkün olmayacaq. Bundan sonra Əli Kərimlinin də tövbə edəcəyini düşünmək sadəlöhvlük olar. Bu adam döyüşlərdə iştirak etmədiyini hamı bildiyi halda, bundan sonra da iddia edəcək ki, müharibədə başqalarından çox döyüşüb. Öz liderini – Elçibəyi urvatdan düşürmək, onun qurduğu partiyanı parçalamaq üçün hər oyuna əl atdığı, 5-6 mandata görə müxalifət partiyalarına xəyanət etdiyi məmə yeyəndən pəpə deyənə qədər hər kəsə məlum olduğu halda, yenə də davamlı olaraq, “mübarizədə ardıcıllıqdan”, “dönməz əqidədən”, “Rəsulzadə-Elçibəy yolunun müqəddəsiliyindən” və “prinsiplərə sədaqətdən” danışacaq. Mövqeyini, düşüncələrini bölüşməyənləri, onu qeyri-səmimlikdə qınayanları “hökumətə satılmaqda” ittiham edəcək. “Bizdən qabaq sən satılmışdın” kimi xatırlatmalarla qarşılaşanda isə heç tükü də tərpənməyəcək… O başda olmaqla, ətrafına yığdığı virtual bandit dəstəsinin götürdüyü öhdəlik imkan verməz ki, xəyanət yolundan ayaq götürsünlər. O qədər dərinə yuvarlanıblar ki, işğalçı erməninin dedikləri də onlara şirin gəlir. Hamı gördü, Paşinyanın “Qarabağ Ermənistandır” kimi sərsəmləməsini su kimi içib, hava kimi sinələrinə çəkdilər. Bu dılğır ermənini səhərdən axşama qədər təbliğ edib, dövlətimizi, onun ordusunu aşağılamağa çalışdılar. Əli Kərimliyə və başının dəstəsinə fərq eləmir, hansı yuvanın quşu olursa olsun, yetər ki, Azərbaycanın əleyhinə, onun maraqlarına qarşı fikir bildirən çıxsın ortaya, həmən onun dediklərinin “ətəyindən” tutub, dövlətin üzərinə yericək, Facebook və Youtube-də şivən proqramlarını sıraya düzməklə, komanda aldıqları dairələrə sədaqətli olduqlarını nümayiş etdirəcəklər. Görünür qancığın qarnından çıxmış erməni gədələrinin dediklərinə könül vermək də öhdəliyin bir istiqamətidir…

***

Əli Kərimli Qarabağ probleminin həll yolunu Azərbaycanda və Ermənistanda “demokratik qüvvələrin” hakimiyyətə gəlməsində gördüyünü dəfələrlə dilə gətirib və bu gün də deyir ki, hakimiyyət dəyişməsə Qarabağı geri qaytara bilməyəcəyik. Adam unudur ki, Qarabağ münaqişəsi onun da təmsil olunduğu və adına “demokratik” deyilən hakimiyyətin dönəmində pik həddə çatıb. İzah etsinlər görək niyə demokratiya xalqın harayına yetişmədi? Demokratiyanın “ala baydağı” ilə hakimiyyətə gəlmiş, Qərbin adamı kimi tanınan Ter-Petrosyan nədən danışıqlar yolu ilə torpaqlarımızı geri qaytarmadı? Rus tankları Gürcüstana girəndə, Saakaşvili qalstukunu çeynəyəndə demokratiya harada itib-batmışdı? Niyə Krımı demokratik Ukraynaya qaytarmırlar? Yaxud ağız suyu ilə müşayət olunan heyranlıqla, sürəkli alqışlarla, “bəh-bəh” emosiyası ilə qarşıladıqları Paşinyan inqilabı niyə Sarksyan hakimiyyətinin siyasətindən fərqli bir yanaşmanın meydana gəlməsinə səbəb olmur? Qərbin adamı, “demokratiya sevdalısı” hesab olunan Paşinyan fərqli nəsə nümayiş etdirirmi? Onun Qarabağ probleminə yanaşmasında hansı özəlliyi terrorçu Sarksyanın mövqeyindən uzaq elemenetlərlə əhatələnib? Yoxdur belə bir şey! Bəlkə Əli Kərimli Paşinyanın “Qarabağ Ermənistandır” bəyanatında demokratik qığılcım görür?  Həyasızcasına verilmiş bu bəyanat işğal faktına dəstək deyilmi? Hanı demokratiya? Niyə Paşinyanı Köçəryandan, Sarksyandan fərqli davranmağa sövq etmir?.. 

Sualların sırasını genişləndirə də bilərəm. Amma məncə Kərimlinin iddiasının nə qədər absurd olduğunu göstərmək üçün yuxarıdakılar da kifayətdir.

***

Əli Kərimlinin geriyə yolu yoxdur – qapadılıb! O artıq başqa cür davrana bilməz. Özü də yaxşı bilir ki, indi demokratiya nağılları ilə ancaq ətrafındakı trol dəstələrini yemləyə bilər. Siyasi mübarizədə heç vaxt uğur qazana bilməyəcəyini də dərk etməmiş deyil. Amma deyəsən təkcə onun fərqində deyil ki, düşmənin, işğalçının dövlətimizə qarşı çıxışlarına dəstək verməklə uçurumun dibinə doğru irəliləyir…  

P.S.

Adını unutduğum bir film var. “Demokratiya oyunlarından” bəhs edir. Qəhrəmanlardan biri baş verən proseslərin mahiyyətini ətrafındakılara izah etmək üçün belə bir fikir səsləndirir: “Demokratiyanı bir mexanizm kimi təsəvvür edin. Onun pultu Ameriakanın əlindədir. İstəyəndə söndürür, istəyəndə yandırır. Hesab edin ki, hamımızın taleyi “On” və “Off” düymələrindən asılı vəziyyətdədir”.

Nicat Dağlar 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi