Paşinyanın təhlükəsizlik rəisi onu AŞPA-da qoruyub

Paşinyanın təhlükəsizlik rəisi onu AŞPA-da qoruyub
Oxunma sayı: 883

Ermənistan Respublikasının bir baş naziri var, hansı ki, iməclik zamanı siqaret “kötüklərini” yerdən əli ilə toplayır. Ətrafındakı tabeliyində olanlar isə onun şəklini çəkirlər. Şəhər sakinləri ilə müntəzəm olaraq “gyormamiş” (görməmiş) kimi selfilər çəkir.

Baş nazir erməni bayrağına qarşı layiqsiz davrananlara qarşı barışmaz mübarizə aparır, lakin özünün ayağındakı corabların erməni bayrağı rənglərində olduğunu xalqa nümayiş etdirərək bununla fəxr edir. Bu azmış kimi, utanmadan hələ xaricdən gələn həmkarlarına da bu corabdan hədiyyə verir.

Paşinyan hakimiyyətə gələrkən Ermənistanda 50000 nəfərə iş yerləri açacağına söz vermişdi və buna görə də  çoxlarının anlayışına görə onu - “Xalqın içindən çıxmış və İcevan Planetindən enmiş xilaskar” adlandırırdılar. Lakin o, bir ildir ki, sözünə əməl edə bilmir. Buna görə də onun xalq arasında nüfuzu gündən-günə azalmaqdadır.

İndi isə başqa reallıqlardan danışaq

Paşinyan, hansı ki, özü hərbi xidmətdə olmayıb, oğlunu Qarabağa hərbi xidmətə göndərsə də sanki “Sanatoriyaya” göndərib. Ayda iki dəfə də dövlət helikopteri ilə çoxsaylı cangüdənlər qprupunun müşayiətilə oğlunun yanına qonaq gedir. Görünür ki, bu adam öz təhlükəsizliyi barədə o qədər narahatdır ki, hətta AŞPA-nın plenar iclasında belə  şəxsi qoruyucularının rəisi Gevork Movsisyanı da mötəbər  tədbirin keçirildiyi zalda özündan  arxada oturdur. Dövlətin və ictimaiyyətin hasabına ozü Avropada, həyat yoldaşı Anna Hakoppyan isə ABŞ-da yardımlar toplamaq üçün tez- tez görüşlər keçirir. Bax, belə keçir “xilaskarın” gündəlik həyatı.

Rəsmi saytın səhifəsindən götürülmüş foto şəkildə aydın görünür ki, Paşinyandan arxada oturmuş şəxsi mühafizə rəisi G. Movsisyandır. Sual olunur, görəsən onun AŞPA-nın iclasında iştirakı rəsmi protokola daxil edilmişdimi və onun iştirakı nə dərəcədə bacib idi? Yerli müxbirlərin də verdiyi bu sual elə də  cavabsız qaldı. 

Doğrudan da N. Paşinyan ilk vaxtlar ictimaiyyət tərəfindən dəstəklənirdisə, bu gün artıq vəziyyət elə dəyişib ki, onun narahatlığı indi çox ciddi şəkildə ancaq öz təhlükəsizliyi barəsindədır.  Çünki o, günbəgün anlayır ki, artıq ictimaiyyət onun boş danışıqları, yalan vədləri və uydurma rəqəmlərlə baş aldatmasını yaxşı başa düşür. Bu hələ məsələnin bir tərəfidir, məsələnin digər tərəfi isə “xilaskarın” bütün bunları görməməzliyidir.

İsmayıl Tanrıverdi. BDU-nun  Erməni araşdırmaları Elmi Tədqiqat və Tədris Mərkəzinin Böyük  Elmi İşçisi.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi