Paşinyanla Kasprşik Qarabağdan danışdılar

pasinyanla-kasprsik-qarabagdan-danisdilar
Oxunma sayı: 1129

Ermənistanın baş naziri Nikol Paşinyan ATƏT-in şəxsi nümayəndəsi Ancey Kasprşiki qəbul edib.

“Qafqazinfo” Ermənistan KİV-nə istinadən xəbər verir ki, tərəflər Dağlıq Qarabağ münaqişəsinin danışıqlar prosesinin sülh yolu ilə tənzimlənməsi  məsələsini müzakirə ediblər.

Həmsöhbətlər sülh prosesində qarşılıqlı inam atmosferinin yaradılması üçün addımlar atılmasının vacibliyini qeyd ediblər.