Paşinyanla Makron Qarabağdan danışdılar - Fotolar

pasinyanla-makron-qarabagdan-danisdilar
Oxunma sayı: 2296

Ermənistanın baş naziri Nikol Paşinyan Fransada prezident Emmanuel Makronla görüşüb.

“Qafqazinfo” Ermənistan KİV-nə istinadən xəbər verir ki, tərəflər görüş zamanı Dağlıq Qarabağ münaqişəsini də müzakirə ediblər.

Paşinyanla Makron münaqişənin sülh yolu ilə həllinin əhəmiyyətli olduğunu vurğulayıblar. Bundan başqa, erməni nazir ATƏT-in Minsk qrupunun həmsədrlərinin Qarabağ münaqişəsinin sülh yolu ilə həlli və regionda sabitliyin qorunmasındakı rolunu yüksək qiymətləndirdiyini deyib. 

Görüşün sonunda Emmanuel Makron oktyabrda Ermənistana səfər edəcəyini bildirib.