Pasportların alınmasına görə dövlət rüsumu dəyişdirilir

pasportlarin-alinmasina-gore-dovlet-rusumu-deyisdirilir
Oxunma sayı: 663

Trend-in məlumatına görə, Azərbaycan Milli Məclisində "Dövlət rüsumu haqqında" qanuna müvafiq dəyişiklik parlamentin İqtisadi siyasət komitəsinin cümə axşamı keçirilən iclasına çıxarılıb.

Dəyişikliyə görə, ümumvətəndaş pasportlarının on iş günü müddətində verildikdə və ya dəyişidirildikdə, Azərbaycan vətəndaşının və ya onunla gedən şəxslərin təcili müalicəsi yaxud xaricdə yaşayan yaxın qohumunun ağır xəstəliyi, ölümü və ya digər müstəsna hallarda iki gün müddətinə verildikdə və ya dəyişdirildikdə 1 yaşınadək uşaqlara 10 manat, 1-3 yaşınadək - 20 manat, 3-18 - 30 manat, 18 yaşına çatmışlara 40 manat məbləğində dövlət rüsumu məzərdə tutulur.
Qanuna təklif olunan dəyişikliyı görə, ümumvətəndaş pasportlarının beş iş günü müddətində verildikdə və ya dəyişdirildikdə 1 yaşınadək uşaqlara 20 manat, 1-3 yaşınadək - 40 manat, 3-18 - 60 manat, 18 yaşına çatmışlara 80 manat, bir iş günü müddətində verildikdə və ya dəyişdirildikdə isə 1 yaşınadək uşaqlara 40 manat, 1-3 yaşınadək - 80 manat, 3-18 - 120 manat, 18 yaşına çatmışlara 160 manat dəyərində dövlət rüsumu müəyyən olunur.

Komitə qanun layihəsinə dəyişikləri qəbul edərək Milli Miclisin iclasına tövsiyə edib.
Qeyd edək ki, mövcud qanunvericilikdə Azərbaycan Respublikası vətəndaşlarına xaricə getmək hüququ verən ümumvətəndaş pasportlarının verilməsinə və ya dəyişdirilməsinə görə, beş iş günündən sonrakı müddətdə verildikdə və ya dəyişdirildikdə, yaxud Azərbaycan Respublikası vətəndaşının və ya onunla gedən şəxslərin təcili müalicəsi, yaxud xaricdə yaşayan yaxın qohumunun ağır xəstəliyi, ölümü və ya digər müstəsna hallarda iki gün müddətində verildikdə və ya dəyişdirildikdə - 40 manat, beş iş günü müddətində verildikdə və ya dəyişdirildikdə - 120 manat dəyərində dövlət rüsumu nəzərdə tutulur.