Pasxa bayramı qeyd olunur

pasxa-bayrami-qeyd-olunur
Oxunma sayı: 2190


 Bu bayram xristianlıqda ən vacib ayindir və böyük şadyanalıqla qeyd olunur.

Kilsələr gül-çiçəklə bəzənir. Bu bayramın xüsusi himni və mahnıları var.

Bu bayramın qeyd olunma tarixi hər il dəyişir. Pasxa bayramının tarixi xristianlığın nüvəsidir. “Böyük Cümə” günü İsa peyğəmbər çarmıxa çəkilib. Onun cəsədi dar ağacından götürülüb və mağarada dəfn edilib. Qəbri mühafizə olunub və mağaranın girişinə nəhəng daş qoyulub ki, kimsə meyiti oğurlaya bilməsin. 

Bazar günü bir neçə qadın onun məzarına baş çəkir və daşın yerindən tərpədildiyini, qəbrin isə boş olduğunu görür.

Deyilənlərə görə, həmin gün və sonralar İsa Peyğəmbərin özü gözə görünür. Onun davamçıları inanırlar ki, Allah İsa peyğəmbəri dirildib.

azadliq.org