Patriarx-Katoliko II İliya Allahşükür Paşazadəni təbrik edib

patriarx-katoliko-ii-iliya-allahsukur-pasazadeni-tebrik-edib
Oxunma sayı: 640

          

Qafqaz Müsəlmanları İdarəsindən “Qafqazinfo”ya daxil olan məlumata görə, gürcü xalqının dini lideri Şeyxülislam A. Paşazadəni yaxın günlərdə qardaş Gürcüstan torpağında salamlamaq və şəxsən təbrik etmək fürsətini səbirsizliklə gözlədiklərini dilə gətirib.

Məlum olduğu kimi, Ümumgürcüstan Katolikos-Patriarxı II İliya Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadəni Gürcüstana səfərə dəvət edib.

Avqustun 29-30-da baş tutacaq səfər çərçivəsində Qafqaz müsəlmanlarının ali dini lideri Şeyxülislam A.Paşazadənin anadan olmasının 65-ci ildönümü Gürcüstanda qeyd ediləcəkdir. Bu münasibətlə Tbilisidə xüsusi toplantı və təntənəli yubiley tədbirinin keçirilməsi, habelə Gürcüstan rəsmiləri tərəfindən qəbullar nəzərdə tutulur. Yubiley tədbirlərində iştirak etmək üçün Şeyxülislam həzrətləri ilə birlikdə Azərbaycan Milli Məclisinin deputatları, Azərbaycandakı xristian və yəhudi dini icma başçıları, ictimai xadimlər Gurcüstana səfər edəcəklər.