Payızda qiymər artımları olmayacaq - Təhlil

Payızda qiymər artımları olmayacaq
Oxunma sayı: 875

Ölkədə istehlak qiymətlərinin indeksi sabitdir. Mövsümü vəziyyətlə bağlı bəzi qalxıb-enmələr ola bilər və bu təbiidir. Məsələn, hava şəraiti ilə bağlı meyvə-tərəvəz bazarında qiymətlər oynaya bilər. Məsələn, 2  ay öncə pamidorun qiyməti 2 manat idisə, 50 qəpiyə qədər ucuzlaşıb – düz 4 dəfə. Meyvə-tərəvəz bazrında qiymətlər mövsümü amillərdən asılı olaraq fəyişə bilir – bu normaldır.

Bunla belə, ciddi qiymət artımları üçün iqtisadi əsaslar yoxdur. Birincisi, enerji daşıyıcılarının, kommunal xidmətlərin bahalaşması ilə bağlı heç məlumat yoxdur. Hökumətin davranışlarından da bəlli olur ki, bu seqmentlərdə qiymət artımları gözlənilmir. Təbii inhisarlarda qiymət artımı gözlənilmirsə, bazarın başqa seqmentlərində də ciddi qiymət artımlarının baş verəcəyi ilə bağlı proqnozlar heç bir tənqidə dözmür və əsassızdır.

İkincisi, sentyabrın 1-dən minimum əmək haqqı və pensiyaların artımı ilə bağlı dövriyyədə pul artımının artması da böyük bahalaşma riski yarada biməz. Düzdür, dövriyyədə pul kütləsinin artımı inflyasiya riski yaradır. Ancaq indiki halda minimum əmək haqqı və pensiyaların artımı əhalinin kasıb təbəqəsini əhatə etdiyindən, ciddi risklərdən danışmağa dəyməz. 

Üçüncüsü, qiymət artımında hökumətin özü də maraqlı deyil. Bu yaxınlarda ilin birinci yarısının yekunları ilə bağlı keçirilən müşavirədə prezident xüsusi vurğuladı ki, süni qiymət artımlarının qarşısı alınmalıdır. Baş nazirin müavini Əli Əhmədov və kənd təsərrüatı naziri İnam Kərimovun bazarlarda reydlər keçirməsi də göstərir ki, hökumətin məqsədi süni bahalaşmanın qarşısını almaqdır. 

Nəhayət, istehlak bazarında qiymətlərin sabitləşdiyi dövrdür. Xüsusilə də meyvə-tərəvəzin. Bu baxımdan payızda qiymələrin artacağı ilə bağlı proqnozlar heç bir tənqidə dözmür. Ona görə də “payızda qiymət artımları başlayıb aprelə qədər davam edəcək”  proqnozunun heç bir iqtisadi əsası yoxdur.

Ümumiyyətlə, ciddi qiymət artımları ilə bağlı poqnozlar iqtisadi amillərə yox, siyasi konyukturaya hesablanıb. Təbii ki, qiymətlətin tam sabit qalacağını iddia etmək olmaz. Məsələn, dünya bazarında bahalaşma olacaqsa, idxal məhsullarının başalaşmasını istisna etmək olmaz. Ancaq daxili amillərə görə heç bir halda ciddi bahalaçma gözlənilmir, ən başlıcası isə hökumət bunda maraqlı deyil, əksinə, hökumət bazara təsir edib ucuzlaşa yaratmaqda maraqlıdır. 

Qadir İbrahimli


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi