Paytaxt derbisi rəqəmlərin dili ilə

paytaxt-derbisi-reqemlerin-dili-ile
Oxunma sayı: 644

“Qafqazinfo”nun verdiyi xəbərə görə, paytaxt komandaları indiyədək 20 dəfə qarşılaşıblar. Bu oyunların 10-da “Neftçi”, 6-da isə “Bakı” qələbə qazanıb. 4 oyun isə heç-heçə başa çatıb. Top fərqi də “Neftçi”nin xeyrinədir - 22:20. Hər iki komanda səfərdə və evdə eyni sayda qələbə qazanıb. Paytaxtın eyniadlı komandası “Neftçi” üzərində əldə etdiyi 6 qələbənin üçünü, “flaqman” isə 10 qələbədən 5-ni səfərdə qazanıb.

Bu mövsüm “Neftçi”nin ən məhsuldar futbolçusu 14 qol vuran Bohadır Nəsimovdur. Özbəkistanlı forvard həm də çempionatın ən sərrast futbolçusudur. “Bakı”nın heyətində isə ən çox fərqlənən Uinston Parksdır – 7 qol.

“Neftçi” cari mövsüm hər oyuna orta hesabla 1,88 qol vurur, 0,88 qol buraxır. “Bakı”da isə göstəricilər belədir: hər oyuna orta hesabla 1,19 qol vurulur, 1 qol buraxılır.
Bu mövsüm “Bakı” ən böyükhesablı qələbəsini “Turan” üzərində qazanıb 5:0. “Neftçi” isə AZAL-ı darmadağın edib 7:1. Bu həm də mövsümün ən böyükhesablı qələbəsidir.
“Bakı”nın orta yaş həddi 25,8 təşkil edir. “Neftçi”də bu rəqəm 25,3-ə bərabərdir.

Komandaların bü günədək keçirdiyi bütün oyunlar:

15.09.2004 Bakı 2:0 Neftçi
13.02.2005 Neftçi 0:0 Bakı
03.12.2005 Bakı 2:2 Neftçi
07.05.2006 Neftçi 0:1 Bakı
10.11.2006 Bakı 0:1 Neftçi
08.05.2007 Neftçi 1:0 Bakı
20.10.2007 Bakı 5:1 Neftçi
30.03.2008 Neftçi 3:2 Bakı
16.08.2008 Neftçi 0:1 Bakı
21.02.2009 Bakı 2:0 Neftçi
24.10.2009 Bakı 0:2 Neftçi
09.02.2010 Neftçi 1:1 Bakı
21.03.2010 Neftçi 1:0 Bakı
23.04.2010 Bakı 1:1 Neftçi
31.10.2010 Bakı 0:2 Neftçi
11.12.2010 Neftçi 0:2 Bakı
13.03.2011 Bakı 0:1 Neftçi
23.04.2011 Neftçi 2:0 Bakı
23.09.2011 Neftçi 1:0 Bakı
07.03.2012 Bakı 1:3 Neftçi

Ceyhun Əhmədov