Paytaxtda 3 “Mercedes” toqquşdu

paytaxtda-3-mercedes-toqqusdu
Oxunma sayı: 646

Hadisə zamanı Elmar Məmmədovun idarə etdiyi “Mercedes” markalı avtomobil yolun əks istiqamətində hərəkət edərək eyni markadan olan digər iki avtomobillə toqquşub. Qəza nəticəsində sürücü Elmar Məmmədov və qəzaya uğrayan avtomobillərdən birinində sərnişin olan Nahidə Quliyeva müəyyən xəsarətlər alaraq xəstəxanaya yerləşdirilib.

Yol qəzasının qeydə alındığı ünvanda müayinələr aparan Nərimanov rayon polis idarəsinin, həmçinin rayon dövlət yol polis şöbəsinin əməkdaşları maraqlı faktı üzə çıxarıb. Məlum olub ki, Elmar Məmmədovun idarə etdiyi avtomobil, əslində onun özünə məxsus deyil. O, həmin avtomaşını təmir üçün qoyulmuş sexdən icazəsiz olaraq götürüb. Bunu avtomobilin əsl sahibi olan Vüqar Bayramovun yaxınları da təsdiqləyib.

Faktla əlaqədar araşdırmalar aparılır. Avtoqəzanın dəqiq səbəbləri təyin ediləcək müvafiq ekspertizaların yekun rəyindən sonra müəyyən ediləcək. Xəsarət almış sürücü Elmar Məmmədovun avtomaşını qaçırması öz təsdiqini taparsa, onun bu əmələ görə cinayət məsuliyyətinə cəlb olunacağı da istisna edilmir.


ANS TV