Paytaxtda 78 ədəd yeni yol nişanı quraşdırılıb - Fotolar

paytaxtda-78-eded-yeni-yol-nisani-qurasdirilib
Oxunma sayı: 1483

Şəhər sakinlərinin Bakı Nəqliyyat Agentliyinə (BNA) ünvanladığı müraciətlər əsasında 2018-ci ilin yanvar ayında paytaxtın müxtəlif ərazilərində 78 ədəd yeni 5.12 (Avtobusun dayanacaq yeri) yol nişanı quraşdırıb.
 
BNA-dan “Qafqazinfo”ya verilən məlumata görə, nişanlardan 37 ədədi mövcud avtobus dayanacaq məntəqələrində aparılan yenidənqurma işləri, 41 ədədi isə yeni avtobus dayanacaq məntəqəsi təşkil edilməsi zamanı quraşdırılıb.

Bununla yanaşı, 4 məntəqədə piyada keçidləri təşkil edilib. Keçidlərdən biri Kürdəxanı, digər üçü isə Binə qəsəbəsi Əli İsazədə küçəsindədir.