Paytaxtda bıçaqlanma: 1 ölü, 1 yaralı - Video

paytaxtda-bicaqlanma-1-olu-1-yarali
Oxunma sayı: 2419

Bakıda ətir alveri ilə məşğul olan şəxslər arasında başlayan dava bıçaqlanma ilə sona çatıb.

"Qafqazinfo" "Xəzər Xəbər"ə istinadən xəbər verir ki, ağır cinayət paytaxtın Nərimanov rayonu ərazsində baş verib. Həmin dava anı ərazidəki təhlükəsizlik kameralarına da düşüb.

Kadrlardan aydın olur ki, 4 nəfər şəxsdən ikisi mübahisə edir. Digər iki nəfər isə onları sakitləşdirmək istəyir.

Məlumata görə, dava edən şəxslər həmin ərazidə ətir biznesi ilə məşğul olurlar. Onların mübahisəsi qiymətin baha olması üstündə yaranıb. Daha sonra mübahisə əlbəyaxa davaya keçib. Dava edən şəxslərdən biri qaçaraq maşınından bıçağı götürüb və qarşısına çıxan şəxsə xəsarət yetirib.

Nərimanov Rayon Polis İdarəsindən verilən məlumata görə, dava plastik ətriyyat qabları istehsal edən sexin qarşısında baş verib. Dava edənləri sakitləşdirmək istəyən İran vətənaşına bıçaq xəsarəti yetirilib. Hazırda iranlını bıçaqlayan şəxsin tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri görülür.

Paytaxtın Nizami rayonunda isə oğlan sevdiyi qızı bıçaqlayaraq qətlə yetirib.

Hadisə metronun ''Qara Qarayev'' stansiyası yaxınlığında baş verib. Məlumata görə, 22 yaşlı İlahə Həsən qızı Yusubova oğlan tanışı (adı hələki açıqlanmayan şəxs) tərəfindən küçədə bıçaqlanaraq qətlə yetirilib. Qətli törədən şəxs hadisə yerindən qaçıb. İlkin məlumata görə, hadisəni törədən oğlan İlahə Yusubovanı sevirmiş. O, qızın sevgisini qazana bilmədiyi üçün belə bir addım atıb.

Faktla bağlı Nizami Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, hazırda oğlanın tutulması istiqamətində əməliyyat keçirilir.