Paytaxtda “BMW” yandı

paytaxtda-bmw-yandi
Oxunma sayı: 666

Bakıda yanğın hadisəsi qeydə alınıb.
 
“Qafqazinfo”nun Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakının Səbail rayonunda vətəndaşa məxsus “BMW” markalı minik avtomobilinin mühərrikində elektrik avadanlıqları və qabaq şinləri yanıb.
 
Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.