Paytaxtda bu yol bağlanır

paytaxtda-bu-yol-baglanir
Oxunma sayı: 2385

Yasamal rayonu Əsəd Əhmədov küçəsində aparılan təmir işləri ilə əlaqədar olaraq küçə boyu avtonəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qismən məhdudlaşdırılır.
 
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən “Qafqazinfo”ya  verilən məlumata görə, qismən məhdudlaşma təmir işləri bitənədək qüvvədə olacaq.
 
“Sürücülərdən hərəkət istiqamətlərinə uyğun olaraq alternativ yollardan istifadə etmələri tövsiyə olunur”, - deyə məlumatda vurğulanıb.