Paytaxtda daha bir bıçaqlanma - Kriminal xəbərlər

paytaxtda-daha-bir-bicaqlanma-kriminal-xeberler
Oxunma sayı: 692

Noyabrın 28-də R.Rüstəmov küçəsində naməlum şəxs tərəfindən bıçaqlanan Bakı şəhər sakini Vurğun Cəbrayılov 3 saylı xəstəxanaya yerləşdirilib. Nizami RPİ 25-ci PB-nin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində cinayətdə şübhəli bilinən Bakı şəhər sakini Nurani İbrahimov noyabrın 29-da yaxalanıb.

Noyabrın 29-u saat 15:20 radələrində əvvəllər məhkum olunmuş Namiq Əzizov metronun «Neftçilər» stansiyasında yerləşən qəzet köşkündən 72 manat pul və 181 manat dəyərində danışıq kartları oğurladığı üçün Metropolitendə Polis Şöbəsinin Cinayət-Axtarış Qrupunun əməkdaşları tərəfindən tutulmuşdur.

Oktyabrın 17-nə keçən gecə C. Xəndan küçəsində yerləşən «Clear» restoranının mühasibat otağından şüşəni sındırma yolu ilə içərisində 30 min ABŞ dolları və 24 min manat olan seyf oğurlanmışdır. Bakı şəhər BPİ CAİ-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Sumqayıt şəhər sakini İntiqam Əsgərov noyabrın 29-da tutulmuşdur.

Noyabrın 27-də 182 saylı xətt avtobusunda Xırdalan şəhər sakini Firuzə Süleymanovanın əl çantasından mobil telefonu oğurlanmışdır. Nəsimi RPİ 19-cu PB-nin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Sumqayıt şəhər sakini Aynurə Quliyeva noyabrın 29-da yaxalanmışdır.

İyunun 18-nə keçən gecə Hövsan qəsəbəsində Arif Əsgərovun evindən pəncərədən keçmə yolu ilə 1760 manat oğurlanmışdır. Suraxanı RPİ 30-cu PB-nin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində cinayətdə şübhəli bilinən əvvəllər məhkum olunmuşlar Yevlax rayon sakinləri Nigar Bəkirova və Fatma Məmmədova noyabrın 29-da yaxalanmışlar.