Paytaxtda hava çiskinli olacaq

paytaxtda-hava-ciskinli-olacaq
Oxunma sayı: 1749

Azərbaycan ərazisində martın 25-nə gözlənilən hava proqnozu açıqlanıb.

"Qafqazinfo" xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata əsasən, sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecəyə doğru bəzi yerlərdə havanın zəif dumanlı, çiskinli olacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək, günün ikinci yarısında mülayimləşəcək.

Havanın temperaturunun gecə 6-9° isti, gündüz 9-11° isti olacağı gözlənilir.