Paytaxtda iki piyada öldü

paytaxtda-iki-piyada-oldu
Oxunma sayı: 647

Dekabrın 24-ü saat 03:00 radələrində üzləri bağlı olan 2 naməlum şəxs Əmircan qəsəbəsi Sabir küçəsində yaşayan Kəmalə Şıxıyevanın evinə açıq qapıdan daxil olub və ona bıçaqla hədə-qorxu gəliblər. Daha sonra onlar K.Şıxıyevanın bacısı Sənubərin baş nahiyyəsindən küt alətlə xəsarət yetirərək pul tələb ediblər. Keçirilən əməliyyat tədbirləri nəticəsində quldurluqda şübhəli bilinən Bakı şəhər sakinləri Ümüd Sultanov və Vaqif Əsədzadə Suraxanı RPİ Post-Patrul Xidməti Bölüyünün əməkdaşları tərəfindən tutularaq 31-ci PB-yə gətirilib.

Dekabrın 24-ü saat 01:00 radələrində G.Şıxlınski küçəsində 3 naməlum şəxs İbrahim Sadıqovun taksi kimi idarə etdiyi «Opel» makralı avtomaşına əyləşərək «Əhmədli» metrostansiyası tərəfə getməyini bildiriblər. Onlar M.Hadi küçəsində bıçaqla İ.Sadıqovun əl nahiyyəsindən xəsarət yetirərək 70 manatını aıblar. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Laçın Süleymanov, Cəlil Hacıağayev və Elgiz Məmmədov DİN ÇPA, Xətai RPİ 34 və RMŞ-nin əməkdaşları tərəfindən tutulub.

Suraxanı RPİ 31-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində AR CM-in 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan Soltanxanım Əliyeva tutulub.

Dekabrın 23-ü saat 18:15 radələrində Babək prospektində Anar Tanrıverdiyevin idarə etdiyi «Ranc-Rover» markalı avtomaşın şübhə doğurduğundan Xətai RPİ 37-ci PB-nin əməkdaşları tərəfindən saxlanılıb və salondan 1 kiloqramdan artıq marixuana aşkar olunub. Sürücü A.Tanrıverdiyev və sərnişinləri – Ruslan Yaqubov, Anar Allahverdiyev, Qabil Kərimov və Ramil Əsgərov yaxalanıblar.

Dekabrın 22-nə keçən gecə Nuru Məmmədov Zabrat qəsəbəsində yerləşən, Ramiz Sadıqova məxsus mağazanın qarşısındakı soyuducudan içkilər oğurladığı üçün DİN Çevik Polis Alayı və Sabunçu RPİ 15-ci PB əməkdaşları tərəfindən tutulub.

Dekabrın 22-si saat 18:45 radələrində Şəhər şossesində Bakı şəhər sakini Qəhrəman Mustafayev idarə etdiyi «VAZ-2107» markalı avtomaşınla Bahar Şahbazovanı vurub. Piyada aldığı xəsarətdən xəstəxanada ölüb.

Dekabrın 22-si saat 18:00 radələrində M.Araz küçəsində Bakı şəhər sakini Seymur Abdullayev idarə etdiyi «Toyota» markalı avtomaşınla Ağalar Söyünovu vurub, piyada aldığı xəsarətdən KTM-də ölmüşdür.

Dekabrın 21-i saat 20:20 radələrində Xaçmaz rayon sakini Məhəmməd Şıxəliyev döş qəfəsinin daxilə keçən bıçaq xəsarətləri ilə Türkan qəsəbəsi ərazisindən 3 saylı xəstəxanaya gətirilib. Xəzər RPİ PPXB və 1-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində M.Şıxəliyevə xasarət yetirən Habil Məmmədov dekabrın 22-də tutulub.