Paytaxtda ikimərtəbəli ev yanıb

paytaxtda-ikimertebeli-ev-yanib
Oxunma sayı: 1391

Bakıda yanğın hadisəsi qeydə alınıb.
 
“Qafqazinfo”nun Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakı şəhərinin Nəsimi rayonunda ümumi sahəsi 110 m2 olan ikimərtəbəli 5 otaqlı evin ikinci mərtəbəsində yerləşən mətbəxin taxta konstruksiyalardan ibarət tavanı və dam örtüyü 10 m2 sahəsində yanıb.
 
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.