Paytaxtda kafe və “Mercedes” yandı

Paytaxtda kafe və “Mercedes” yandı
Oxunma sayı: 669

Bakıda iki yanğın hadisəsi qeydə alınıb. 

“Qafqazinfo”nun FHN-nin saytına istinadən verdiyi xəbərə görə, paytaxtın Nizami rayonunda ümumi sahəsi 60 m2 olan kafenin mətbəxində taxta rəflər 5 m2 sahədə yanıb. Kafenin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bakının Nərimanov rayonunda isə “Mercedes” markalı minik avtomobilinin mühərrik hissəsində elektrik naqilləri və qabaq təkəri yanıb. Avtomobilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi