Paytaxtda liftdə köməksiz qalmış 3 nəfər xilas edilib

paytaxtda-liftde-komeksiz-qalmis-3-nefer-xilas-edilib
Oxunma sayı: 1098

Paytaxtda liftdə köməksiz qalan 3 nəfər xilas edilib.
 
Fövqəladə Hallar Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nərimanov rayonunda 3 nəfər liftdə köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşların liftdən çıxmasına kömək ediblər.

Əməliyyat başa çatıb.