Paytaxtda mənzildə cəsəd tapıldı

paytaxtda-menzilde-cesed-tapildi
Oxunma sayı: 1492

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhərinin Binəqədi rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
 
“Qafqazinfo”nun Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1942-ci il təvəllüdlü Əliyev Ələmdar Ələkbər oğlunun cəsədini aidiyyəti üzrə təhvil veriblər.
 
Əməliyyat başa çatıb.