Paytaxtda “Mercedes” kişini vurub öldürdü

paytaxtda-mercedes-kisini-vurub-oldurdu
Oxunma sayı: 1206

Bakıda avtomobil yoldan keçən şəxsi vuraraq öldürüb.
 
“Qafqazinfo”nun DİN-in saytına istinadən verdiyi məlumata görə, yanvarın 1-də saat 20 radələrində Qaradağ rayonunun Ələt qəsəbəsi ərazisində Astara rayon sakini Əhəd Abbasov idarə etdiyi “Mercedes” markalı avtobusla yolu keçən 40-45 yaşlı kişini vurub və nəticədə həmin şəxs hadisə yerində ölüb.
 
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.