Paytaxtda polis qadağası

paytaxtda-polis-qadagasi
Oxunma sayı: 644

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə inspektoru Razi Zeynalov Trend-ə bildirib ki, son zamanlar paytaxtın yollarında aparılan təmir-tikinti işləri ilə əlaqədar bəzi küçə və prospektlərdə nəqliyyatın hərəkəti məhdudlaşdırlıb və bununla əlaqədar şəhərin mərkəzi küçələrində nəqliyyatın sıxlığı yaranıb.

İdarə paytaxtın küçə və yollarında nəqliyyat sıxlığının və tıxacların aradan qaldırılması məqsədilə yük avtomomobillərnin hərəkətinə məhdudiyyət qoyub.

Bakıda saat 08:00-dan 21:00-dək yük avtomobillərinin hərəkəti qadağan olunub.

Buna görə də, şəhərdə fəaliyyət göstərən iş adamlarından xahiş olunur ki, yük və iri qabaritli avtomobillərin iş qrafikində dəyişiklik etməklə paytaxtda yük daşınmasını saat 21:00-dan 08:00-dək həyata keçirsinlər.

Bu qadağanı pozan müəssisələr, idarə və təşkilatlar inzibati qaydada cəzalandırılacaqlar.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi paytaxtda nəqliyyat sıxlığı və tıxacların qarşısını almaq məqsədilə əhaliyə, şəxsi avtomobil sahiblərinə müraciət edərək təmir-tikinti işl