Paytaxtı yağmursuz, rayonları isə yağışlı hava gözləyir

paytaxti-yagmursuz-rayonlari-ise-yagisli-hava-gozleyir
Oxunma sayı: 639

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən “Qafqazinfo”ya verilən məlumata görə, iyunun 3-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, günün birinci yarısında arabir tutulacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturunun gecə 16-21 isti, gündüz 25-30 isti olacağı gözlənilir.

Abşeron çimərliklərində dəniz suyunun temperaturunun Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 20-21, Zuğulba, Buzovna, Mərdəkan, Şüvəlanda 22-23, Türkan, Hövsan, Şıx, Sahildə 23-24 olacağı gözlənilir.

Azərbaycanın rayonlarında gecə və səhər bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Hava gündüz əsasən yağmursuz olacaq. Qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturunun gecə 15-20 isti, gündüz 28-33 isti, dağlarda gecə 7-12 isti, gündüz 18-23 isti olacağı gözlənilir.