Paytaxtın 4 rayonuna su fasilə ilə veriləcək

paytaxtin-4-rayonuna-su-fasile-ile-verilecek-
Oxunma sayı: 640

“Qafqazinfo”nun məlumatına görə, yay mövsümünə hazırlıq məqsədilə su anbarlarında, magistral və paylayıcı xətlərdə əsaslı yenidənqurma, təmir və profilaktika işləri aparılır. Bu səbəbdən qarşıdakı günlərdə Bakının Sabunçu, Suraxanı, Nizami və Xətai rayonlarının bəzi yerlərinə içməli su müəyyən fasilələrlə veriləcək.

Bununla əlaqədar “Azərsu” ASC istehlakçılara içməli sudan qənaətlə istifadə etməyi və israfçılığa yol verməməyi tövsiyə edir, yaranacaq narahatlıqla əlaqədar abunəçilərdən üzr istəyir.