Pediatrdan xəbərdarlıq - “Xəstə uşağı öpməyin”

pediatrdan-xeberdarliq
Oxunma sayı: 1818

“Ağır cərrahi əməliyyat keçirmiş üç yaşlı uşaq reanimasiyadan ümumi şöbəyə köçürülüb. Virus infeksiyasından əziyyət çəkən bibisi (yüksək qızdırmalı) xəstəni ziyarət edib, öpüb, oxşayıb və bir neçə saatdan sonra uşağın vəziyyəti yenidən ağırlaşıb”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri pediatr Vaqif Qarayev xəstə ziyarətləri barədə sosial şəbəkədəki paylaşımında qeyd edib. Ölkədə xəstə ziyarətinin bir öhdəlik kimi qəbul olunduğunu bildirən həkim bəzən bu addımın xeyli fəsadlara yol açdığını vurğulayıb:

“Xəstə ziyarətləri bizim üçün öhdəlikdir, qayğıdır. Düzdür, həmin insanlar xəstə üçün, doğmaları üçün mənəvi, bəzən də maddi dəstək olurlar. Amma nədənsə xəstənin vəziyyətindən asılı olmayaraq mütləq onun özünü görmək istəyirlər. Bəzən də bu dəstəyin nəticəsi xoşagəlməz olur. Elə bu uşaqda olduğu kimi”.

Günel Hacı