Pedofilyada ittiham olunan vitse-prezidentdən sərt cavab

pedofilyada-ittiham-olunan-vitse-prezidentden-sert-cavab
Oxunma sayı: 1953

Azərbaycan Qılıncoynatma Federasiyasının keçmiş prezidenti Nazim İbrahimovun vaxtında birinci katib postunu tutmuş Asəf Məlikov 82 yaşlı vitse-prezident Yaşar Məmmədovu pedofiliyada ittiham edib.

Həm də bunu şifahi formada yox, Beynəlxalq Federasiyanın və Avropa Qılıncoynatma Konfederasiyasının rəhbərliyinin adına göndərdiyi məktublarda yazılı şəkildə edib. A. Məlikov öz yazdıqlarını daxili işlər orqanlarına da göndərdiyini bildirib.

Yaşar Məmmədov da “Qafqazinfo”ya açıqlamasında haqqında səsləndirilən  ittihamlara cavab verib. O bildirib ki, Artıq Asəf Məlikovu məhkəməyə verib: “Onu məhkəməyə vermişəm. Oktyabrın 19-da Nərimanov rayon məhkəməsində bu işə baxılacaq. Təkcə mən yox, tələbə qızlarım da onu buna görə məhkəməyə veriblər.

Bu adam haqqında keçən dəfə demişdim ki, ikiüzlüdür. Əvvəlcə mənim adıma zal açmışdı, sonra Nazim İbrahimovla birləşib onu ləğv etdi. Başladı düşmənimlə birlikdə mənə qarşı işləməyə. Bu adamdan nə gözləyəsən? Ona demişdim ki, mən sağam, niyə mənim adıma zal açırsa. Deyir ki, sağlığında qiymət vermək lazımdır. Sonra keçdi Nazim tərəfə. İndi də məni  belə ittiham edir. Ayıbdır. Belə vicdansızlıq olmaz. Onu məhkəmədə süründürəcəm”.