Pedro Enrike “Qarabağ”dan ayrılır?

pedro-enrike-qarabagdan-ayrilir
Oxunma sayı: 2788

“Qarabağ”ın Yunanıstanın PAOK klubundan icarəyə götürdüyü Pedro Enrike qış transfer pəncərəsində Ağdam klubunu tərk edə bilər.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Yunanıstan mətbuatı (sport24.gr) yayıb.

Məlumatda qeyd edilib ki, Pedro yanvarda müqavilə ilə məxsus olduğu PAOK-a geri dönə bilər. 27 yaşlı yarımmüdafiəçinin “Qarabağ”da göstərdiyi performans onun Yunanıstan klubuna daha erkən geri dönməsi ehtimallarını artırır. Lakin, “atlılar” braziliyalını qışa qədər deyil, mövsümün sonuna kimi icarəyə götürüb.

Məsələ ilə bağlı son sözü PAOK-un çalışdırıcısı Razvan Luçesku deyəcək.

Qeyd edək ki, Pedro Enrike bu mövsüm Ağdam təmsilçisinin heyətində 14 oyuna 3 qol vurub.