Pekin sevinci Londonda təkrarlanacaq?

pekin-sevinci-londonda-tekrarlanacaq
Oxunma sayı: 643

“Qafqazinfo”nun verdiyi məlumata görə, onlardan biri Pekin Olimpiadasının mükafatçısıdır.

Qadın güləşçimiz Mariya Stadnik 4 il əvvəl bürünc medal qazanmışdısa, bu dəfə ondan daha böyük uğur gözlənilir. Stadnik 1/8 finalda Lonq Çun (ABŞ) - Şaşa Jao (Çin) cütünün qalibi ilə qarşılaşacaq.

Digər idmançımız atletika üzrə Hayle İbrahimov olacaq. İbrahimov 5000 m məsafəyə qaçışda gücünü sınayacaq.

8 avqust
Qadın güləşi, 1/8 final
17:30. Mariya Stadnik (48 kq) – Lonq Çun (ABŞ)/Şaşa Jao (Çin) cütünün qalibi

Atletika, təsnifat mərhələsi
14:45. Hayle İbrahimov

Ceyhun Əhmədov