Pele xəstəxanadan evə buraxıldı

Pele xəstəxanadan evə buraxıldı
Oxunma sayı: 519

Xəbər verdiyimiz kimi, braziliyalı əfsanəvi futbolçu Pele 2 apreldə Parisdə vəziyyəti pisləşmiş və orada xəstəxanaya yerləşdirilmişdi.

“Qafqazinfo” xəbər verir ki, o, vəziyyəti normallaşdıqdan sonra Braziliyada San-Paulo xəstəxanasına köçürülmüşdü.

Məlumata görə, Pele dünən sidik kanalından əməliyyat edilib və daş götürülüb. Vəziyyəti yaxşılaşan 78 yaşlı sabiq futbolçu bu gün evə buraxılıb.

Qeyd edək ki, Pele son zamanlar böyrək və prostat problemlərindən əziyyət çəkir.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi