“Penaltidən söhbət belə gedə bilməzdi” - Çexiyalı futbolçu

“Penaltidən söhbət belə gedə bilməzdi”
Oxunma sayı: 1029

Çexiya millisinin futbolçusu Antonin Barak 2018-ci il dünya çempionatının seçmə mərhələsində Azərbaycan yığmasına Bakıda 2:1 hesabı ilə qalib gəldikləri rəsmi matçdan sonra öz ölkəsinin mətbuatına müsahibə verib.

“Qafqazinfo”  həmin müsahibəni təqdim edir.

- Matçla bağlı hissləriniz...

- Qələbəyə sevindim.

- Dünya çempionatının seçmə mərhələsində belə rahat matç oynadızmı?

- Çox qarşılaşmaya çıxdım, amma bugünki matç daha rahat oldu.

- Baş məşqçiniz Karel Yarolim ələ düşən fürsətləri qola çevirməməkdən narazıdı...

- Haqlıdır. Yenə eyni şey baş verdi. Bu qədər qol şanslarını boşa verdik. Amma əsas məqsədə çatdıq. Komanda sona qədər güclü idi.

- 4 qol vurmusunuz...

- Xoşbəxtəm ki, bunu bacarmışam. Amma komandamın nəticəsinə görə xoşbəxtlik uzun çəkmir.

- Rəqibin vurduğu penalti epizodunu gördünüz?

- Fikrimcə, hakim yanlış qərar verdi. Orada penaltidən söhbət gedə bilməzdi.

- Azarkeşlər haqqında nə deyə bilərsiniz?

- Demək olar ki, azarkeş yox idi. Matç çox böyük stadionda idi. Biz də burada çox azarkeş olacağını gözləmirdik. Daha kiçik stadionda oyun olsaydı, fərqli ab-hava görərdik.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi